Hicri Dədə
Hicri Dədə (1881, Kərkük, Mosul vilayəti – 11 dekabr 1952, Kərkük) — “Kərkük” qəzetinin baş yazarı, təzkirəçi, şair.
== Həyatı ==
Hicri Dədə 1877-ci ildə Kərkükün Çay məhəlləsində anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Həmçinin, Molla Qabilzadədən ədəbiyyat dərsləri alan Hicri Dədə boş vaxtlarında şeirlər də yazmışdır. 1912-ci ildə Piryadi məhəlləsində yerləşən məsciddə ərəbcə yazılan məscidin kitabını oxuyarkən yazdığı "Nemə lazım" şeirini söyləyir və mədrəsə təhsilini yarımçıq qoyaraq özünü şeir və ədəbiyyata həsr edir. Təxminən, 1920–1922-ci illərdə ailə həyatı qurmuş və bu evlilikdən iki qız, iki oğul övladı dünyaya gəlmişdir. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir..